“PAŞA Həyat Sığorta” şirkəti 2018-ci ildəı fəaliyyətinin yekunları üzrə 2019-cu ildə səhmdara 20,7 milyon manat ümumi məbləğdə dividendlər ödəyib.
“İnterfaks-Azərbaycan”ın əldə etdiyi materiallara əsasən, 2018-ci ilin yekunları üzrə şirkətin dividendləri bir səhm üçün 2 min 957,14 manat təşkil edib.
Hazırda şirkətin 7 min adi səhmi tədavüldədir. Bir qiymətli kağızın nominalı 5,75 min manatdır.
Xəbər verildiyi kimi, 2018-ci ilin yekunları üzrə şirkətin xalis mənfəəti 21 milyon 260 min 146,9 manat təşkil edib.
“PAŞA Həyat Sığorta” şirkəti 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkətin nizamnamə kapitalı 40,25 mln. manata bərabərdir. Şirkətin yeganə səhmdarı “PAŞA Holdinq”dir. Şirkət sığorta haqları yığımı və həyata keçirilən ödənişlərin həcminə görə bazarda liderdir. **
Ə.Məmmədov