“Bank BTB”nin İdarə Heyətinin tərkibi genişləndirilib. Bu barədə bankdan məlumat verilir.
“Rauf Qurbanov və Eldəniz Hüseynov İdarə Heyətinin üzvü vəzifəsinə təyin ediliblər. Həmçinin, Kamran Quliyev bankın baş direktor vəzifəsinə təyin edilib”, - bankdan qeyd olunur.
Beləliklə, İdarə Heyəti 4 üzvdən ibarətdir.
Qeyd edək ki, Rauf Qurbanov bankın İnkişaf üzrə direktoru, Eldəniz Hüseynov - Filial Şəbəkəsinin İdarə Edilməsi Departamentinin direktoru olub.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
Ə.Məmmədov