Avropa və müsəlman ölkələri həm milli, həm də dini tolerantlıq məsələsində Azərbaycanın təcrübə və praktikasından faydalana bilərlər. Bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markovdeyib.
“Azərbaycanda xristian və müsəlman cəmiyyəti bir-biri ilə yaxşı və sülh şəraitində yaşayırlar. Terror hücumları, böyük toqquşmalar yoxdur. Həmçinin, Azərbaycanda sünni və şiələr bir-biri ilə yaxşı yola gedirlər, baxmayaraq ki, Orta Şərqdə sünnilər və şiələr arasında böyük toqquşmaların şahidi oluruq və bu cür münaqişələr artıq kifayət qədər uzun müddətdir davam edir. O cümlədən, Azərbaycan multikultural ölkədir”, - Markov “Şərq tolerantlığı və kübar cəmiyyətin formalaşmasında Azərbaycanın təcrübəsi” mövzusunda Avropa-Azərbaycan onlayn konfransda bildirib.
Onun sözlərinə görə, xristian və müsəlman cəmiyyətləri arasında Azərbaycanın yaxşı münasibətlər təcrübəsi milyonlarla insanın diqqətini cəlb edən mühüm problemlərdə vəziyyətin yaxşılaşdırılması məqsədilə Avropa ölkələrində istifadə oluna bilər.
Öz növbəsində, Azərbaycan Prezidenti Administrasiyasının Strateji araşdırmalar və planlaşdırma setorunun müdiri Fuad Axundov qeyd edib ki, respublikada tolerantlıq məsələsi tairix boyu uzun əsrlər ərzində inkişaf edib, nəticədə Azərbaycan polietnik və polikultural ölkəyə çevrilib. “Tariximizə nəzər yetirsəniz, görərsiniz ki, öncə burada ilk zərdüşticmaları olub, sonra xristianlıq, yəhudilik gəlib, daha sonra müsəlmanlar yaşayıblar. Həmin dövrdən etibarən biz onlar arasında heç bir münaqişə müşahidə etməmişik. Cəmiyyətimizin güclü tolerantlıq ənənəsinə malik olmasının səbəbi budur, tariximizin dərinliklərindən gəlir. Bu, Azərbaycanın polietnik ölkə olmasının daha bir səbəbidir”, - Axundov vurğulayıb.
Həmçinin, Markov və Axundov qeyd ediblər ki, regionda monoetnik ölkə var – Ermənistan. Axundov vurğulayıb ki, bu millətçilik və faşizmin qəhrəmanlaşdırılması siyasətini seçən Ermənistanın aqressiv strategiyası ilə əlaqədardır. Bunun nəticəsində Ermənistan Azərbaycan ərazilərinin 20%-ni işğal edib.
O cümlədən, Markov əlavə edib ki, Ermənistan işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib, Dağlıq Qarabağın Ermənistan ərazisi kimi tanınması üçün Azərbaycanla gələcək mübadilə məqsədilə əhalisiz saxlayıb. **
X.Nəsirzadə