İyulun 10-dan "Belavia" Belarusiya aviaşirkəti Bakı-Minsk marşrutu üzrə xüsusi reyslər yerinə yetirəcək. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL)məlumat verilib.
“AZAL iyulun 10-dan 31-dək həyata keçiriləcək Bakı-Minsk marşrutu üzrə reyslərdə "Belavia" aviaşirkətinin marketinq tərəfdaşı oldu. Uçuşların tezliyi həftədə iki dəfə – cümə və bazar günləri olmaqla ümumilikdə yeddi reys yerinə yetiriləcək”, - məlumatda qeyd olunur.
Aviabilet satışı www.azal.azsaytında, həm www.belavia.bysaytında həyata keçiriləcək.
“Bakı-Minsk reysi ilə Belarus Respublikasına giriş hüququ olan sərnişinlər daşınacaq. Minskdən transfer reysi ilə üçüncü ölkəyə gedən sərnişinlər təyinat ölkəsinin giriş qaydalarına əsasən reysə buraxılacaq”, - məlumatda qeyd edilir.
Uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılır. COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan48saat əvvəl almalıdır. **
N.Abbasova