1 iyun 2020-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 728,9 manat ($428,8) təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 24,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 may 2020-ci il tarixinə ölkədə orta aylıq nominal əmək haqqı 736,2 manat ($433) təşkil edib.
2020-ci il iyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 681,7 min nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% çoxdur. Onlardan 930 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 751,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,9%-i təhsil, 17,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 14%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.*
B.Rüstəmbəyov