Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Sakarya vilayətində baş vermiş partlayış nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanması ilə əlaqədar Türkiyənin milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb. Bu barədə nazirlikdən məlumat verilir.
“Pirotexniki vasitələrin utilizasiyası zamanı baş vermiş partlayış nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanması haqqında xəbər məni çox kədərləndirdi. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır”, - başsağlığında deyilir. **
X.Nəsirzadə