Cümə axşamı Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Kiyevdən çarter reysi yerinə yetirib. Bu barədə şirkətdən məlumat verilib.
“İyulun 9-da 189 həmyerlimiz Kiyevdən çarter reysi vətənə çatdırılıb. Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb”, - məlumatda qeyd olunur.
Qaydalara əsasən, qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. **
X.Nəsirzadə