Latviyanın “airBaltic” aviaşirkəti 2021-ci ilin aprel ayında Riqadan Bakıya uçuşların yerinə yetirilməsinəbaşlayacaq. Bu barədə şirkətin saytında məlumat verilir.
“Bakı 2020-ci ildə Covid-19-a görə təxirə salınan Riqadan ilk 15 mövsüm istiqamətləri sırasına daxildir. Riqa-Bakı reysi həftədə iki dəfə Airbus A220-300 təyyarələri ilə yerinə yetiriləcək. Uçuşun müddəti – 3 saat 35 dəqiqədir”, - “İnterfaks-Azərbaycan” məlumat verir.
Riqadan Bakıya bir tərəfə biletin qiyməti 131 avro, geriyə - 211 avrodur. **