İyulun 10-da COVİD-19 koronavirusa qarşı mübarizə məsələlərinin müzakirəsinə həsr olunan BMT Assambleyanın 31-ci xüsusi sessiyası çağılrılacaq.
Xüsusi sessiya Azərbaycanın təşəbbüsü ilə keçirilir. 130-dan artıq ölkə sessiyanın keçirilməsini dəstəkləyib.
“Xüsusi sessiyanın başlanğıcında prosedur xarakterli məsələlərə baxılması, daha sonrakı mərhələdə isə milli qisimdə çıxışların dinləniləcəyi ümumi müzakirələr seqmentinin baş tutması planlaşdırılır. İnanırıq ki, 10 iyul tarixində başlayacaq xüsusi sessiya pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasına öz töhfəsini verəcək”, - XİN-dən vurğulanır. **
A.Əzizov