Azərbaycanda koronavirus infeksiyasına daha 526 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - Qərargahın məlumatında bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 22 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib.
“8,605 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - Qərargahdan qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,576 min test aparılıb.**
N.Abbasova