Covid-19 koronavirusa qarşı mübarizədə təcrübə mübadiləsi məqsədilə əcnəbi həkimlərin Azərbaycana səfəri gözlənilir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Əvvəl Rusiya və Türkiyədən həkimlər briqadası gəlib, yeni nümayəndə heyətinin səfəri gözlənilir. Həmçinin, Kubadan bir qrup həkimin gəlişini gözləyirik”, - Hacıyev cümə günü brifinqdə bildirib.
Onun sözlərinə görə, həmin ölkələrlə əməkdaşlıq çərçivəsində həkimlərdən başqa tibb bacıları, həmçinin epidemiologiya sahəsində müətəxəssislərin səfər etməsi planlaşdırılır.
İndiyədək Azərbaycanda COVİD-19-a 22990 yoluxma faktı qeydə alınıb, 14903 nəfər sağalıb, 292 nəfər vəfat edib. **
X.Nəsirzadə