“Azərbaycan Hava Yolları” QSC (AZAL) Moskvaya çarter reyslərinin təşkili ilə bağlı danışıqlar aparır. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“AZAL Rusiyadan çarter reyslərinin təşkili ilə baölı bu ölkənin aidiyyatı strukturları ilə danışıqlar aparır. Biz moskvadan çarter reysləri təşkil etmək istəyirik, həmçinin Yekaterinburqdan bu cür reyslərin təşkili ilə bağlı danışıqlar aparırıq”,- Hacıyev cümə günü Bakıda brifinqdə bildirib.
“Rusiya tərəfindən müsbət cavab aldıqdan sonra ümid edirəm ki, Moskvadan müntəzəm çarter reysləri təşkil olunacaq”, - Hacıyev bildirib. **
B.Rüstəmbəyov