Bakıda Covid-19 koronavirusa yoluxan 10 mindən artıq şəxs ev şəraitində müalicə alır. Bunu Səhiyyə Nazirliyinin nümayəndəsi Nadir Zeynalov deyib.
“Evdə müalicə almaq icazəsindən sonra bu günə Bakıda 10,202 min vətəndaş həkimlərin nəzarəti altında ev şəraitində müalicə alır”, - Zeynalov cümə günü brifinqdə bildirib.
Onun sözlərinə görə,müalicə keçən vətəndaşlar arasında həm simptomsuz, həm də yüngül simptomları olan xəstələr var. “Evdə müalicə səhioyyə sisteminin yüklənməsinin azalmasına yönəlib. Zərurət yaranacağı halda ölkənin digər bölgələrində də bu təcrübə tətbiq olunacaq”, - o əlavə edib. **
X.Nəsirzadə