Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) şənbə günü Ər-Riyaddan Bakıya çarter reysi yerinə yetirib. Bu barədə şirkətdən məlumat verilir.
“İyulun 11-də Ər-Riyaddan 83 Azərbaycan vətəndaşı çarter reysi ilə ölkəyə gətirilib. Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb”, - məlumatda qeyd olunur.
Qaydalara əsasən, reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀**
X.Nəsirzadə