İyulun 11-nə “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin əmanətçilərinə qorunan əmanətlər üzrə 229,7 milyon manat kompensasiya ödənilib. Bu barədə Əmanətlərin Sığortalanması Fondu (ADIF) Mərkəzi Bank (AMB) ilə birlikdə məlumat verir.
“Atabank”, “Amrahbank”, “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə qorunan əmanətlər üzrə 11 iyul 2020-ci il tarixinə 229,7 milyon manat kompensasiya ödənilib”, - məlumatda qeyd olunur.
Qeyd olunan bankların 12,9 min əmanətçisi kompensasiya alıb.
“Atabank” və “Amrahbank”ın əmanətçilərinə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin 35 filialında ödənilir. “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən ödənilir.
Xəbər verildiyi kimi, aprel-may aylarında AMB kapital problemi ilə üzləşmiş və ödəmə qabiliyyəti aşağı olan 4 bankın – “AtaBank”, “Amrahbank”, “AGBank” və “NBCBank”ın lisenziyalarının ləğv edilməsi barədə qərar qəbul edib. Bu banklar müflis elan edilib və onların ləğv edilməsi prosesi başlayıb. Bankların ləğvedicisi ADIF-dir.**
X.Nəsirzadə