Azərbaycanda koronavirus infeksiyasına daha 531 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - Qərargahın məlumatında bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 23521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib.
“8,616 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - Qərargahdan qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8,045 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 560,356 mindir.**
X.Nəsirzadə