Azərbaycanda koronavirus infeksiyasına daha 520 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 486 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - Qərargahın məlumatında bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 24 min 41 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 min 93 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib.
“8,642 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - Qərargahdan qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,878 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 568,234 mindir.**
X.Nəsirzadə