Müdafiə Nazirliyi sərhəddə Ermənistan silahlı qüvvələrinin bölmələri hücumunun qarşısının alınması zamanı üçüncü hərbçinin şəhid olması barədə bəyan edib.
“İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuşSadıqov Vüqar Lətif oğluvə baş əsgərMəmmədov Elşad Dönməzoğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgərDaşdəmirov Xəyyam Məhəmməd oğluda şəhid olub”, - “İnterfaks-Azərbaycan”a nazirlikdən bildiriblər.
Müdafiə Nazirliyindən vurğulanıb ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları düşmən hücumunun qarşısını alarkən döyüşdə şəhid olublar. **
A.Əzizov