Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 12-si Moskvadan 233 sərnişinlə növbəti çarter reysi yerinə yetirib.
"Airbus A340" hava gəmisi ilə 211 Azərbaycan vətəndaşı vətənə çatdırılıb. Bundan əlavə, Heydər Əliyev Fondunun dəvəti ilə həmin reyslə Bakıya 22 Rusiyalı həkim gətirilib. Bu həkimlər koronavirus pandemiyası ilə mubarizədə kömək göstəcəklər”, - “İnterfaks-Azərbaycan”a AZAL-dan bildirilib.
Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. “Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır”, - aviaşirkətdən vurğulanıb. **
A.Əzizov