Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyindəki «Bakı Şəhər Əsaslı Tikinti və Təmir» MMC Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti , 75 və 75A (Cəfər Cabbarlı adına kinostudiyanın arxası) ünvanında 4 ha sahədə yeni parkın salınması üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün podratçı cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, "TFM Smart Project" MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri 87 min manatdır.*
X.Nəsirzadə