Ukrayna 2020-ci ilin yanvar-iyun aylarında neft və neft xammalı idxalını 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,4 dəfə - 773,515 min tonadək artırıb.
Dövlət Gömrük Xidmətinin məlumatına görə, bu dövrdə $264,688 milyon məbləğində xammal idxal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,6 dəfə çoxdur.
Azərbaycandan $170,783 milyon (bütün idxalın 64,52%-i), ABŞ-dan $48,338 milyon (18,26%), Liviyadan $45,555 milyon (17,21%), digər ölkələrdən $0,012 milyon məbləğində xammal daxil olub.*