Rusiya Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatlıq bildirib və tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırıb.
“Rusiya Xarici İşlər Nazirliyi 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatlıq keçirir. Bölgənin təhlükəsizliyini təhdid edən eskalasiyanın yolverilməz olduğunu düşünürük. Tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq”, - deyə RF XİN-in saytında dərc olunmuş bəyanatda bildirilir.
Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin sabitləşməsi üçün lazımi köməklik göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
“Daxil olan məlumatlara görə, hərbi əməliyyatlar davam edir, artilleriyadan istifadə olunur, ölən və yaralananlar var. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”, - deyə bəyanatda qeyd olunur.*