"AtaSığorta" şirkətinin səhmdarları avqustun 11-də keçiriləcək ümumi illik yığıncaqda 2020-2023-cü illəri əhatə edən strateji planı müzakirə edəcəklər. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
"Səhmdarlar İdarə Heyəti üzvlərinin səlahiyyət müddətinin uzadılmasını müzakirə edəcək, Təftiş Komissiyasının üzvlərini seçəcək, şirkətin investisiya siyasətini və İnvestisiya Komissiyası haqqında Əsasnaməni, eləcə də şirkətin 2020-2023-cü illər üçün strateji planını təsdiq edəcəklər", - deyə məlumatda bildirilir.
Bundan başqa, səhmdarlar Bonus və mükafatlandırma komissiyasının yaradılması və onun Əsasnaməsinin təsdiq edilməsi məsələsini həll etməlidirlər.
“AtaSığorta” şirkəti 2004-cü ilin sentyabr ayında fəaliyyət üçün lisenziya alıb. “AtaHoldinq” şirkətin yeganə səhmdarıdır. Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biri olan “AtaSığorta”nın nizamnamə kapitalı 14,6 milyon manatdır.*
Ə.Məmmədov