Azərbaycanda koronavirus infeksiyasına daha 529 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 24570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib.
“8,617 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8,015 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 576,249 mindir.*
X.Nəsirzadə