Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı təcili iclası təxirə salınıb. Bu barədə “İnterfaks”a KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.
“KTMT Daimi Şurasının Ermənistan-Azərbaycan sərhədində vəziyyətin müzakirə ediləcəyi formatın müəyyənləşdirilməsi üçün iclasın keçirilməsi üzv dövlətlərlə əlavə məsləhətləşmələrin aparılması zərurəti səbəbindən təxirə salınıb", - deyə mətbuat katibi bildirib.
Qeyd edək ki, daha əvvəl KTMT-nın baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iyulun 13-də qurumun Daimi Şurasının təcili iclasının çağırılması təşəbbüsünü irəli sürmüşdü.*