Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanla sərhəddə Çinari kəndinin minaatanlardan atəşə tutulmasına dair Ermənistan Müdafiə Nazirliyinin məlumatını təkzib edib.
“Bu məlumat həqiqəti əks etdirmir. Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur", - “İnterfaks-Azərbaycan”a nazirlikdən bildiriblər.
Öncə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın Azərbaycan Ordusunu Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutmaqda ittiham edib. **
N.Abbasova