Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hərbçilərini Tovuz rayonunun Dondar Quşçu kəndini 120 millimetrlik minaatanlardan və D-30 haubitsa topundan atəşə tutmaqda ittiham edir. Bunu nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
“Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini 120 millimetrlik minaatanlardan və D-30 haubitsa topundan atəşə tutub. Kəndin dinc sakinlərinə ziyan dəyməyib”, - Dərgahlı bildiib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi düşmənin bütün təxribatlarının qarşısını sərt cavab tədbirləri ilə alacaq. **
N.Abbasova