Azərbaycan Ordusunun bölmələri bazar ertəsi Ermənistanın 20 nəfərdən çox şəxsi heyəti, həmçinin bir sıra hərbi obyekti və hərbi texnikasını dəqiq atəşi ilə darmadağın edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib”, - məlumatda deyilir.
Nazirlikdən vurğulanır ki, Ermənistan tərəfi “itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir”. **
N.Abbasova