Bakı Nəqliyyat Agentliyi avtobusların satınalınmasına dair tender elan edib. Bu barədə Agentliyin elanında deyilir.
Tenderdə iştirak haqqı – 3,5 min manatdır.
Tender təklifləri sentyabrın 2-dək qəbul olunur. Təkliflərin açılması sentyabrın 9-da baş tutacaq.
BNA-da “İnterfaks-Azərbaycan”ın sorğusuna satın alınacaq avtobusların sayını qeyd etməkdən imtina ediblər. Bildirilib ki, bu tender təkliflərinin siyahısında qeyd olunub. “Gələcəkdə sizin təklifinizi nəzərə alraq elanı yeniləyəcəyik. Burada tender vasitəsilə satın alınacaq avtobusların sayı qeyd olunacaq”, - agentlikdən vurğulanıb.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.**
B.Rüstəmbəyov