Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonunda sərhədyanı kəndlərin atəşə tutmağa davam edir, xoşbəxtlikdən dinc əhali arasında tələfat yoxdur. Bunu “İnterfaks-Azərbaycan”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
“Ermənistan silahlı qüvvələri Azərbaycan və Ermənistanın dövlət sərhədi boyunca Tovuz rayonunun kəndlərində yaşayan mülki şəxsləri hədəfə alıblar. Bu, Ermənistanın təcavüzkar və terrorçu mahiyyətinin göstəricisidir”, - Abdullayeva bildirib.
Onun sözlərinə görə, onda olan məlumata görə, sərhədyanı kəndlərin dinc əhalisi arasında həlak olna və xəsarət alan olmayıb.
Eyni zamanda, o bildirib ki, Ermənistan tərəfindən atışı tutma nəticəsində kəndlərdə bəzi yaşayış evlərinə ziyan dəyib. **
A.Əzizov