Ermənistan silahlı qüvvələri tərəfindən açılmış atəş nəticəsində Azərbaycanın Tovuz rayonunun Ağdam kəndinin 76 yaşlı sakini həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan”a rayon administrasiyasından məlumat verilib.
“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində Ağdam kəndinin sakini 1944-cü il təvəllüdlü (76 yaş) Əziz Əzizov həlak olub”, - administrasiyadan bildirilib.
Bu, iyulun 13-də Ermənistan silahlı qüvvələri Azərbaycanın sərhədyanı kəndlərini atəşə tutmağa başlayandan dinc əhali arasında ilk qurbandır. **