KTMT-nin Katibliyi iyulun 12-də Ermənistan və Azərbaycan silahlı qüvvələrinin bölmələrinin ağır silahlardan istifadə etməklə silahlı toqquşması ilə əlaqədar Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı ciddi narahatlıq ifadə edib.
“Tərəfləri KTMT-nin məsuliyyıt zonasında dərhal atəşkəs rejimini bərpa etməyə çağırırıq. Həlak olanların yaxınlarına və doğmalarına başsağlığı veririk, yaralılara tezliklə şəfa diləyirik”, - bu gün “İnterfaks”a daxil olan bəyanatda deyilir. **