Müdafiə nazirinin müavini Kərim VəliyevErmənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində iki yüksək rütbəli zabitin həlak olduğunu bəyan edib.
“Təəssüflə bəyan etməliyəm ki, döyüşlər nəticəsində general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev həlak olublar”, - Vəliyev bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, iyulun 12-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, komanda məntəqəsi darmadağın olunub.
Nazir müavini əlavə edib ki, hazırda döyüşlər davam edir.
Müdafiə Nazirliyinin məlumatına görə, bu gün döyüşlər nəticəsində 7 Azərbaycan hərbçisi həlak olub. “General-mayor Həşimov və polkovnik Mirzəyevdən başqa, iki zabit daxil olmaqla daha 5 nəfər həlak olub”, - “İnterfaks-Azərbaycan”a nazirlikdən bildiriblər. **
A.Əzizov