Kreml Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşməsindən narahatlıq ifadə edib və Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri qismində vasitəçilik səylərinə hazır olduğunu bəyan edir.
“Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulmasından dərindən narahatıq, hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi çərçivəsində öhdəliklərinə riayət etməyə çağırırıq. Müxtəlif səviyyələrdə bəyan etmişik ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olaraq həll üzrə vasitəçilik səylərini göstərməyə hazırdır”, - RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
O xatırladıb ki, RF XİN başçısı Lavrovun Bakı və İrəvandan həmkarları ilə telefon danışıqları olub. “Bir daha tərəfləri təmkinli olmağa çağırırıq”, -Kremlin nümayəndəsi bildirib. **