Hazırda Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonunda ağır döyüşlər gedir. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
“Hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamtində ağır döyüşlər davam edir. Düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur olub. Təəssüf ki, bizim ordumuz da itkilər verib, yaralılar var”, - Dərgahlı hərbi döyüşlər zonasında brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bütün yaralılara dərhal tibbi yardım göstərilib, onlar hospitallara yerləşdirilib.
O, həmçinin qeyd edib ki, vəziyyət gərgin olaraq qalır. “Ermənilər yaşayış məntəqələrini atəşə tuturlar. Bizim tərfimizdən cavab tədbirləri görülür. Vəziyyət nəzarətimiz altındadır”, - Dərgahlı vurğulayıb. **
B.Rüstəmbəyov