Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib.
“Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub. Həmçinin düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib”, - Dərgahlı “İnterfaks-Azərbaycan”a bildirib.
Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Silahlı Qüvvələrinə məxsus PUA-nın vurulması barədə yayılan məlumata gəldikdə isə bu dezinformasiyadır. «Bu məlumat dezinformasiya xarakteri daşıyır və Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin uydurmasıdır. Azərbaycana məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur", - o qeyd edib. **
B.Rüstəmbəyov