Bakı Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədrlərindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərin iki dəfə artırılmasını gözləyir. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Rusiya Azərbaycanın qonşusudur. Rusiya və Azərbaycan strateji tərəfdsaşlardır. Həmçinin, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Bu insident baş verəndə biz diplomatik kanallarla Minsk qrupunun həmsədr ölkələrini məlumatlandırdıq”, - Hacıyev “Exo Moskvı” radiostansiyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn səylərinin iki dəfə artacağını gözləyir. “Ən tez zamanda tədbirlər görülməlidir. Vəziyyətin incəliyi, həmçinin gələcəkdə stabilliyin pozulması elementini nəzərə alaraq, biz Minsk qrupunun münaqişənin həllinin axtarışı üzrə səyləri iki dəfə artıracağını, bundan başqa, əsas məsələ olan Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasına başlamağı gözləyirik. Həll ordadır. Münaqişənin fundamental əsası – Azərbaycanın iyirmi ildən artıq əziyyət çəkdiyi işğaldır”, - o qeyd edib.
Hacıyev əlavə edib ki, Azərbaycan Rusiyadan olduğu kimi, digər ölkələr də münaqişənin həlli üzrə səylərin iki dəfə artırılması və Ermənistanın konstruktiv danışıqlara qayıtmasını gözləyirik, burada Ermənistan prosesin məsuliyyətli iştirakçısı olacaq. “Biz həmçinin həmsədrlərin Ermənistana təzyiq göstərəcəyini gözləyirik ki, bu ölkə təxribatlara son qoysun. O cümlədən, bütün beynəlxalq birlik tərəfindən Ermənistanın bu cür hərəkətlərinin pislənməsini gözləyirik. Həmçinin, Azərbaycan ərazilərinin işğalının pislənməsini”, - o əlavə edib. **
A.Əzizov