OPEC 2020-ci ildə Azərbaycanda kondensat nəzərə alınmaqla orta sutkalıq neft hasilatını 720 min barrel səviyyəsində proqnozlaşdırır. Bu barədə kartelin iyul ayının hesabatında qeyd olunur.
“OPEC+-un qərarlarına uyğun olaraq 2020-ci ildə Azərbaycanda maye karbohidrogenistehsalının sutkada 0,07 milyon barrel – 0,72 milyon barrel orta səviyyəyə qədər azalması gözlənilir. 2021-ci il üçün proqnoza əsasən, istehsal həcmi 0,72 milyon barrel orta səviyyədə qalacaq”, - hesabatda deyilir.
OPEC-in məlumatına görə, mayda Azərbaycanda sutkalıq maye karbohidrogenistehsalı aprel göstərici ilə müqayisədə 0,11 milyon barrel – orta hesabla 0,7 milyon barrelədək azalıb.
İyunda, ilkin məlumatlara görə, sutkalıq azalma 0,2 milyon barrel təşkil edib.
Mayda xam neftin sutkalıq hasilatı 0,112 milyon barrel – orta hesabla 0,57milyon barrelədək, iyunda – daha 0,02 milyon barrel – orta hesabla 0,55 milyon barrelə qədər azalıb.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Birinci mərhələdə (2020-ci ilin may-iyun ayları) hasilat 9,7 milyon barrel azaldılacaq.
Lakin OPEC və OPEC+ ölkələri nazirlərinin iyunun 6-da keçirilən görüşündə OPEC+ ölkələri birinci mərhələdə gündəlik hasilatın daha bir ay – iyulun sonunadək azaldılması ilə bağlı razılığa gəliblər.
Saziş çərçivəsində Azərbaycan neft hasilatının (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr ayının göstəricisindən (718 min barrel) azaldılması ilə bağlı öhdəlik götürüb. Bunu nəzərə alaraq cari ilin may-iyun aylarında Azərbaycan hasilatı bu rəqəmin 23%-i səviyyəsində, yəni 164 min barrel - 554 min barelədək, 2020-ci ilin iyul-dekabr aylarında 18% və ya 131 min barrel - 587 min barrelədək, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək 14% və ya 98 min barrel - 620 min barrelədək azaltmalıdır.
Azərbaycan may ayında OPEC+ çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliyini 98%, iyun ayında -100,1% yerinə yetirib. **
N.Abbasova