Azərbaycanda koronavirus infeksiyasına daha 543 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 25,113 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16,15 min nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib.
“8,644 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8,217 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 584,466 mindir.*
Ə.Məmmədov