Böyük Britaniya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatlıq bildirib və hər iki tərəfi dialoqa çağırıb. Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
“Birləşmiş Krallıq Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhəddə son vaxtlar atəşkəs rejiminin pozulmasından çox narahatdır və insan həyatının itirilməsinə çox təəssüflənir”, - deyə bəyanatda bildirilir.
London hər iki tərəfi atəşkəs rejiminə riayət etməyə və dialoqa çağırıb.
“Hər iki tərəfi təmkinli olmağa və gərginliyi daha da artıra biləcək ritorikadan çəkinməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunur.*