“PAŞA Bank” 2020-ci ilin I yarısında aktivlərini 1,4% - 4 milyard 831,912 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
İyunun 30-na bankın kredit portfeli 1 milyard 898,079 milyon manat (2020-ci ilin yanvar-iyun aylarında artım 5,5%) təşkil edib.
Hesabat dövrünün sonuna “PAŞA Bank”ın öhdəlikləri 4 milyard 369,13 milyon manata (artım 1,8%), depozitləri 3 milyard 645,33 milyon manata (artım 1,7%) bərabərdir.
I yarımilliyin sonuna bankın kapitalı 462,782 milyon manat (azalma 2,7%), nizamnamə kapitalı 333 milyon manat (dəyişməyib) təşkil edir.
“PAŞA Bank” 2020-ci ilin I yarısını 28,923 milyon manat məbləğində xalis mənfəətlə (2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə azalma 44,1% - İF) başa vurub.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının üçlüyünə daxildir. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.*
Ə.Məmmədov