Azərbaycanda koronavirus infeksiyasına daha 559 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 25,672 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16,695 min nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib.
“8,651 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8,312 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 592,778 mindir.*
N.Abbasova