Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib.
Bu gün Naxçıvan Muxtar Respublikasının televiziyasında Sardaryanla müsahibə nümayiş olunub.
Video-müsahibə Azərbaycan KİV-ləri tərəfindən yayılıb.
Sardaryan müsahibəsində Ermənistanda olan zorakılıq və məmur özbaşınalığından bezərək sərhədi keçmək üçün fürsət axtardığını, əhalinin sosial-iqtisadi vəziyyətinin çox ağır olduğunu bildirib.
O, Ermənistana geri qayıtmaqdan imtina edib və ona Azərbaycan vətəndaşlığının verilməsini xahiş edib.*
A.Əzizov