İyulun 17-də “Embafinans BOKT” MMC 1,5 milyon manat məbləğində istiqrazın yerləşdirilməsi üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
İstiqrazların tədavül müddəti 365 gün, illik faiz dərəcəsi 11%-dir.
Emissiya hər birinin nominal dəyəri 1 min manat olan 1,5 min ədəd istiqraza bölünüb.
İstiqrazların yerləşdirilməsinin anderrayteri qismində “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış edəcək.
“Embafinans” BOKT 2012-ci ildə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 10 milyon manata bərabərdir. 2019-cu ilin sonuna BOKT-un aktivləri 42,8 milyon manatı ötür.*
Ə.Məmmədov