SOCAR 2020-ci ilin I yarısında 10 milyon 430,312 min ton neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2019-cu ilin yanvar-iyun aylarında SOCAR 10 milyon 701,586 min ton neft ixrac edib. Beləliklə, 2020-ci ilin hesabat dövründə şirkət neft ixracını 2,5% azaldıb.
Bundan başqa, cari ilin yanvar-iyun aylarında SOCAR 1 milyon 204,834 min ton neft emalı və neft-kimya məhsulları (artım 13,5% - İF) ixrac edib.
2020-ci ilin II rübündə şirkət tərəfindən 5 milyon 40,247 ton neft (2019-cu ilin aprel-iyun ayları ilə müqayisədə artım 2,6%) və 671,221 min ton neft emalı və neft kimya məhsulları (artım 11%) ixrac edilib.
2019-cu ildə SOCAR 21,1 milyon ton neft və 2 milyon 233,21 min ton neft emalı və neft-kimya məhsulları ixrac edib.*
N.Abbasova