Azərbaycan prezidenti İlham Əliyev ölkədə quraqlıq ilə mübarizə üzrə işin aktivləşdirilməsini vacib hesab edir.
“Əsas problemlərdən biri quraqlıqdır. Ötən il quraqlıq səbəbindən zərər gördük, bu il də belədir. Cari ilin birinci yarımilliyi ərzində ASK məhsullarının istehsal həcminin 2,2% artımına baxmayaraq, biz daha böyük nəticələr əldə edə bilərdik. Su ehtiyatlarının kifayət qədər olmaması səbəbindən torpaq ehtiyatlarından daha çox nailiyyət əldə edə bilmədik”, - Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısınınsosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Bununla əlaqədar prezident bildirib ki, qeyd olunan sahədə vahid idarəetmə mexanizminin təsdiqi məqsədilə xüsusi komissiyanımn yaradılması barədə sərəncam verib. “Komissiyaya baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir və məndə olan məlumata görə, hazırda tədbirlər planının hazırlanması son mərhələdədir. Yaxın zamanda tədbirlər planını təsdiq edəcəyik, onun reallaşdırılmasına başlayacağıq, çünki indəyədək bizdə bu mexanizm olmayıb”, - Əliyev qeyd edib.
O cümlədən, prezident qeyd edib ki, iqlimdə mənfi dəyişikliklər Azərbaycana da aiddir. “Bəzi ekspertlərin rəyinə görə, əgər bu gün Azərbaycanda zəruri addımlar atılmazsa, 2030-cu ilə qədər bəzi rayonlarda səhralaşma baş verə bilər. Bu yolverilməzdir, su ehtiyatlarına görə cavabdeh olan dövlət strukturları arasında əlaqələndirməni yaxşılaşdırmaq lazımdır”, - dövlət başçısı bildirilb.
“Şahin Mustafayev rezervuarlara birləşdirilən qanunsuz su boru kəımərləri barədə mənə məruzə edib. Bu yolverilməzdir. Və təbii ki, su ehtiyatlarının ümumi səviyyəsinə zərər verir. Bərabər suvarma, lazımi su balansı üçün su ehtiyatlarını düzgün bölüşdürmək lazımdır", - Əliyev qeyd edib. **
X.Nəsirzadə