Prezident İlham Əliyev Azərbaycanın hərbi büdcəsinin təkrar nəzərdən keçirilməsi və artırılmasını zəruri hesab edir.
“Son hadisələri nəzərə alaraq (Ermənistanla sərhəddə - İF), regionda baş verənləri nəzərə alaraq, biz hərbi xərclərimizi təkrar nəzərdən keçirməliyik. Ermənistanın son hadisələrdən sonra acınacaqlı vəziyyətinə görə yenidən növbəti dəfə təxribata əl atacağı istisna olunmur”, - İlham Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısınınsosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Prezident qeyd edib ki, əldə olunan son məlumatlara əsasən, hazırda Qarabağ münaqişəsi zonasında Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində Ermənistan tərəfindən fəallıq müşahidə olunur.
“Azərbaycan Ordusu əməliyyat şəraitinə tam nəzarət edir və bundan sonra da nəzarət edəcək. Lakin biz hər şeyə hazır olmalıyıq. Buna görə hərbi xərcləri təkrar nəzərdən keçirmək lazımdır, xüsusilə, gələn ilin büdcəsində. Ordu üçün bütün xərclər tam həcmdə nəzərdə tutulmalıdır”, - Əliyev qeyd edib. **