Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndini atəşə tutması nəticəsində vətəndaşların təsərrüfatına ciddi ziyan dəyib, mülki şəxslər arasında xəsarət alan yoxdur. Bu barədə “İnterafks-Azərbaycan”a Müdafiə Mazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib.
“Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Dondar Quşçu kəndini atəşə tutması nəticəsində mərmilər yaşayış evləri və həyatyanı sahələrə düşüb. Evlərə və fərdi təsərrüfatlara ziyan dəyib. Mülki şəxslər arasında xəsarət alan yoxdur”, - Dərgahlı bildirib. **