Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində döyüşlər zamanı guya Azərbaycana məxsus 13 pilotsuz uçan aparatın (PUA) vurulması barədə məlumatı təkzib edib.
“Bu dezinformasiyadır. Bəyan edirik ki, Azərbaycan Ordusunun silahlanmasında olan PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur”, - “İnterfaks-Azərbaycan”a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib. **