Ermənistan Cənubi Qafqaz regionunda dayanıqlı sülh və sabitliyin bərqərar olması üçün əsas maneədir. Bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.
“İndi Ermənistan Azərbaycana qarşı təcavüzkar hərəkətlərini ört-basdır etmək məqsədilə Türkiyəni ikiüzlülükdə ittiham edir. Azərbaycan ərazilərinin işğalını davam etdirən Ermənistan tətrəfindən bu cür ikiüzlü münasibət Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasının əsas əngəlinin kim olduğunu aydın şəkildə nümayiş etdirir”, - Türkiyə XİN 15 iyul tarixli Ermənistan XİN-in bəyanatına cavab olaraq qeyd edib.
Rəsmi Ankaranın rəyinə görə, bu cür ittiham və yalan ilə xarici siyasətin yürüdülməsi nə regionun, nə də Ermənistanın xeyrinədir.
"Bu yanaşma tarixin birtərəfli anlaşılması əsasında özünün eyniliyini yaradan və qanunsuz təcavüzə haqq qazandırmağa çalışan mentalitetin təzahürüdür. Ermənistan hakimiyyəti tez zamanda Cənubi Qafqazda problem deyil, həllin bir hissəsi olmağı öyrənməlidir”, - XİN vurğulayır. **
N.Abbasova